2025-ci ilin ilk avtoqolunun müəllifi
2025-ci ilin ilk avtoqolunun müəllifi “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov olub.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Premyer Liqanın 19-cu turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.
Bununla da, Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqol edən ilk futbolçudur.
Hüseynov 2022/2023 mövsümündə – 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol edib.
O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jairo Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/2017, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/2024 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.
Bizi Facebook-da izləyin