2023-cü ildə ən çox qol vuran afrikalı futbolçular

Ötən ildə ən çox qol vurmuş afrikalı futbolçular məlum olub.

Komanda.az xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası hazırlayıb.

Birinci pillədə ABŞ-ın “Los-Anceles” komandasında çıxış edən qabonlu Denis Buanqa qərarlaşıb. O, millidə və klubunda 40 qola imza atıb.

İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah (36 qol) ikincidir.

Qətərin “Əl-Duhail” kollektivindən keniyalı Maykl Olunqa və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”dən toqolu Koco Fo-Doh Laba (hər ikisi 35 qol) növbəti pillələrdə yer alıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button