2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular
2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular məlum olub.
Komanda.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.
Mövsümün əvvəlində İtaliyanın “İnter” klubundan “Roma”ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.
İngiltərənin “Mançester Siti” komandasının və Norveç millisinin oyunçusu Erlinq Haland 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi “Portu”da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin