2023-cü ildə ən çox dəyər itirən futbolçular
2023-cü ildə transfer dəyərini ən çox itirən futbolçular məlum olub.
Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, ilk sırada Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun vingeri Sadio Mane qərarlaşıb.
Seneqallı oyunçunun qiyməti cari ildə 40 milyon avro düşüb. Onun hazırkı dəyəri 20 milyon avrodur.
İngiltərənin “Mançester Yunayted” komandasından Antoni (40 milyon avro itirib, hazırkı qiyməti 35 milyon avro) ikinci, onun heyətdən kənarlaşdırılmış komanda yoldaşı Ceydon Sanço (35 milyon avro itirib, hazırkı qiyməti 25 milyon avro) üçüncü pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin