2023 ədəd dönər kababı
“Herta”nın futbolçusu Kevin-Prins Boatenq klubla müqaviləsinin uzadılması münasibəti ilə qeyri-adi addım atıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Berlin komandasının azarkeşləri üçün 2023 ədəd dönər kababı sifariş edib.
Kabablar “Herta”nın yeni mövsümdəki ilk oyunundan bir gün əvvəl paylanacaq. Paytaxt təmsilçisi iyulun 31-də “Ayntraxt”la qarşılaşacaq.
Kevin-Prins Boatenq “Herta” ilə 30 iyun 2023-cü ilədək müqavilə bağlayıb. O, ötən mövsüm 20 oyuna çıxsa da, fərqlənə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin