“Milan”ın 3 İbrahimoviçi olacaq
“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin övladları İtaliya klubunun gənclərdən ibarət komandalarında çıxış edəcək.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçunun böyük oğlu Maksimilian (15 yaş) “Milan”ın 17 yaşadək futbolçulardan ibarət komandasında, kiçik oğlu Vinsent (14) isə 15 yaşadək futbolçulardan ibarət komandada çıxış edəcək.
40 yaşlı İbrahimoviç iyul ayının ortalarında “Milan”la müqaviləsini 2023-cü ilin iyununun sonuna kimi uzadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin