2022-ci ilin ən yaxşı baş məşqçisi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu ada Argentina millisinin çalışdırıcısı Lionel Skaloni layiq görülüb.
O, 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yerdə Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal), üçüncü yerdə isə Mərakeşin “sükanı arxasında olan” Valid Reqraqi qərarlaşıb.
Beləliklə, tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk üçlüyə düşə bilib.
Lionel Skaloni DÇ-2022-də Argentina yığmasına dünya çempionluğunu qazandırıb.
Yer | Baş məşqçi | Komanda | Xal |
1 | Lionel Skaloni | Argentina | 240 |
2 | Didye Deşam | Fransa | 45 |
3 | Valid Reqraqi | Mərakeş | 30 |
4 | Zlatko Daliç | Xorvatiya | 20 |
5 | Hajime Moriyasu | Yaponiya | 15 |
6 | Lui Van Qal | Niderland | 10 |
7 | Qreqq Berhalter | ABŞ | 10 |
8 | Herve Renar | Səudiyyə Ərəbistanı | 5 |
9 | Tite | Braziliya | 5 |
10 | Paulu Bentu | Cənubi Koreya | 5 |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin