2022-ci ilin ən yaxşı klub məşqçiləri

2022-ci ilin ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) hesablamasına əsasən, Madrid “Real”ının çalışdırıcısı Karlo Ançelotti ən yaxşı seçilib.

245 səs toplayan Ançelotti bütün həmkarlarını qabaqlayıb. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ikinci, “Vidad Kasablanka”nın sabiq çalışdırıcısı Valid Reqraqi isə üçüncüdür.

  1. Karlo Ançelotti (İtaliya, “Real”) – 245
  2. Xosep Qvardiola (İspaniya, “Mançester Siti”) – 45
  3. Valid Reqraqi (Mərakeş, “Vidad Kasablanka”) – 40
  4. Yurgen Klopp (Almaniya, “Liverpul”) – 20
  5. Joze Mourinyo (Portuqaliya, “Roma”) – 15
  6. Oliver Qlasner (Almaniya, “Ayntraxt”) – 15
  7. Unay Emeri (İspaniya, “Vilyareal”/”Aston Villa”) – 10
  8. Dorival Junior (Braziliya, “Keara”/”Flamenqo”) – 10
  9. Abel Ferreyra (Portuqaliya, “Palmeyras”) – 5
  10. Huqo İbarra (Argentina, “Boka Xuniors”) – 5
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button