
2022-ci ilin ən yaxşı gənc oyunçulardan ibarət rəmzi komandası
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən, 3-4-3 sisteminə uyğun rəmzi komanda qurulub.
Heyətdə ən çox futbolçusu yer alan komanda İspaniya “Barselona”sıdır.
Qapıçı: Qavin Bazunu (İrlandiya, “Sauthempton”);
Müdafiəçilər: Pyero İnkape (Ekvador, “Bayer”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendes (Portuqaliya, PSJ);
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya, “Barselona”), Cüd Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”);
Hücumçular: Camal Musiala (Almaniya, “Bayern”), Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Ansu Fati (İspaniya, “Barselona”).
Bizi Facebook-da izləyin