2022-ci ilin ən yaxşı gənc futbolçusu bilindi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunun adını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu ada İngiltərə millisinin və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Çud Bellingem layiq görülüb. 20 yaşlı yarımmüdafiəçi 115 xalla bütün rəqiblərini geridə qoyub.
İkinci yeri Almaniya yığmasının üzvü Camal Musiala (95 xal) tutub. Xorvatiyalı müdafiəçi Yoşko Qvardiol 55 xalla 3-cü olub.
2021-ci ildə bu nominasiyanın qalibi olan ispaniyalı yarımmüdafiəçi Pedri bu dəfə 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin