Braziliyalı futbolçu 44 yaşında karyerasını bərpa etdi

2021-ci ilin yayında karyerasını bitirən braziliyalı futbolçu Hilton yenidən yaşıl meydanlara qayıdıb.

Komanda.az xəbər verir ki, 44 yaşlı müdafiəçi Fransanın “Set” klubu ilə müqavilə imzalayıb. Bu barədə 3-cü divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hiltonla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Müdafiəçi karyerası ərzində Fransada “Monpelye”, “Marsel”, “Lans”, “Bastiya” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button