Almaniya millisinin “sükan”ı ona tapşırıla bilər

2021-ci ildə keçiriləcək Avropa çempionatından sonra Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün vəzifəsindən ayrılacağını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Lövün gedişindən sonra millini Ralf Ranqnik çalışdıra bilər. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Ranqnikin yığmanı çalışdırmağa müsbət yanaşdığı bildirilib.

Karyerası ərzində “Zalsburq”, “Şalke”, “Leyptsiq” kimi komandaları çalışdıran Ranqnik, son olaraq MLS təmsilçisi “Nyu York Red Bullz”da skaut rəhbəri vəzifəsində işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button