MLS üçün 325 milyon dollar ödədi
2021-ci ildə daha bir klub ABŞ-ın futbol çempionatı olan MLS-də çıxış edəcək.
Komanda.az xəbər verir ki, yeni komanda Şarlott şəhərini təmsil edəcək. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Milli Futbol Liqasında (NFL) mübarizə aparan “Karolina Panters” klubunun rəhbəri Devid Tepper MLS-də çıxış etmək üçün 325 milyon dollara lisenziya alıb. Komanda 2021-ci ildən mübarizəyə başlayacaq.
Bir müddət əvvəl 2021-ci ildə “İnter Mayami”, “Austin”, 2022-ci ildən isə “Sent-Luis”in MLS-də mübarizəyə başlayacağı bildirilmişdi.
Son mövsümdə MLS-də 24 komanda mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin