“2021-ci ildə “Barselona” yox olmaq üzrə idi”

“Barselona”nın prezidentinin müşaviri Enrik Masip klubun imici və keçmiş maliyyə çətinlikləri ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2021-ci ildəki böhranlı vəziyyəti yada salıb və hazırkı durumu dəyərləndirib:

“Bu tam bir iflas idi. Cəmi beş ay əvvəl belə səslər gəlirdi ki, “Barselona” yox olmaq üzrədir. Bu gün bu cür fikirlər artıq zarafat kimi səslənir. Biz vəziyyəti dəyişdik və “Barselona” azarkeşləri klubla yenidən birləşdi. İndi “Barselona” yeni bir şey yayır. O, yenidən duyğuların mənbəyinə çevrilib”.

“Barselona” cari mövsümdə La Liqada 37 turdan sonra 85 xal toplayaraq, vaxtından əvvəl çempionluğu təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button