Yeni formatlı klublararası dünya çempionatının keçiriləcəyi ölkə bilindi

2021-ci ildə keçiriləcək klublararası dünya çempionatına (KDÇ) ev sahibliyi edəcək ölkə məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Xəbərdə, Çinin 2021-ci ildə keçiriləcək mundiala ev sahibliyi etmək üçün tək namizəd olacağı bildirilir.

2019 və 2020-ci illərdə keçiriləcək klublararası dünya çempionatına Qətər ev sahibliyi edəcək. Hazırkı formata görə turnirdə 7 klub iştirak edəcək. Qətərdə təşkil olunacaq turnir 11-21 dekabr tarixlərində keçiriləcək.

2021-ci ildə keçiriləcək yarış isə yeni formatda olacaq. Belə ki, turnir çərçivəsində 24 komanda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button