“Sumqayıt” milli üzvü ilə “nikah təzələdi”

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm “Sumqayıt”ın şərəfini qoruyacaq. 28 yaşlı futbolçu ilə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Höccət Haqverdi ötən mövsüm “Sumqayıt”la 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışı çərçivəsində Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button