“Sumqayıt” milli üzvü ilə müqaviləni yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, müdafiəçi Elvin Bədəlovla iki illik anlaşma imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2019-cu ildən “Sumqayıt”ın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 45 oyunda meydana çıxıb. Bədəlov həmçinin Azərbaycan milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button