“Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elvin Məmmədov növbəti mövsümdə də “kimyaçılar”ın uğurları üçün çalışacaq. 32 yaşlı futbolçunun sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

“Sumqayıt”ın heyətində ümumilikdə 33 oyun keçirən Elvin Məmmədov 2 dəfə qol vurmağa nail olub.

“Sumqayıt” bundan əvvəl Murad Xaçayev və Vurğun Hüseynovla müqaviləni yeniləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button