Bekhemin klubundan ruslara 27 milyonluq təklif
2020-ci ilin martında MLS-də debüt edəcək “İnter Mayami” klubu heyətinə yeni futbolçular cəlb etməyə hazırlaşır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “İnter Mayami” “Zenit”dən Matias Kranevitter və Sebastyan Driussini transfer etmək istəyir. Xəbərdə, “Zenit”in iki futbolçu üçün 27 milyon avroluq təklif aldığı bildirilir.
Kranevitter və Driussinin Rusiya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.
“İnter Mayami” klubunun prezidenti və səhmlərinin bir hissəsinin sahibi Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin