Rəsmi: Bekhem 3-cü transferini reallaşdırdı
2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubu növbəti transferini gerçəkləşdirib.
Komanda.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin prezidenti olduğu klub Venesuela “Zamora”sından Kristian Makounu transfer edib. Bu barədə “İnter Mayami”nin rəsmi “tvitter” səhifəsi məlumat yayıb.
“İnter Mayami” MLS-də 2020-ci ildən mübarizə aparacağı üçün 19 yaşlı müdafiəçi əvvəlki klubuna 1 illik icarəyə verilib.
Makoun 20 yaşadək futbolçulardan ibarət Venesuela millisinin kapitanıdır.
“İnter Mayami” bir müddət əvvəl “Estudiantes”dən Matias Pelleqrinini və “Banfild”dən Xulian Karransanı transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin