Azərbaycan yığması Moldovaya qalib gəldi

2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüşdə hesabı qonaqlar açıblar. Amma millimiz fasiləyə qədər buraxılan qolun əvəzini çıxmağı bacarıb. İkinci hissədə daha iki qol vuran millimiz əzmkar qələbəyə sevinib.

Millimizin yer aldığı qrupun digər oyununda bu gün Slovakiya Monteneqro ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib.

Futzal, DÇ-2020, əsas mərhələ

23 oktyabr

Azərbaycan – Moldova 3:1
Qol: T.M.Tyaqo, 11:32; 34:40. Vassura, 32:49 – A.Luşka, 07:15.
Qırmızı vərəqə: İ.Atayev, 23:34.
Baş hakim:
Andrey Çerni (Çexiya)

Azərbaycan: 12. Rövşən Hüseyinli (q), 3. Teles Martins Tyaqo, 6. Borges Eduardo, 10. Oliveyra Do Nascimento Uilyams, 13. Amir Şocaei, 1. Elnur Zamanov (q) 14. Hadi Ahmadi, 9. Nihad İsmayılov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 8. Rizvan Fərzəliyev, 7. Ramiz Çovdarov, 5. Vahid Şafiei, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alesio Da Silva.
Moldova: 1. Aleksey Kapsamun (q), 6. Konstantin Burduyel, 7. Andrian Luşka, 9. Kristian Obada, 10. Sergey Takot (k), 12. Andrey Makoviçyuk, 2. Aleksandr Çımbalist, 3. Kristian Krasnov, 4. Sergey Nikolayçuk, 5. Andrey Neqara, 8. Konstantin Nita, 11. Lulian Kojokaru, 13. İon Koval, 14. Konstantin Quryui.
Baş məşqçi: Vladimir Busatı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button