Azərbaycan millisi Monteneqroya qalib gəldi

2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda Monteneqro ilə qarşılaşıb.

Azərbaycan millisi mundial çərçivəsində ilk oyununda Moldovanı məğlub etmişdi – 3:1. Monteneqro isə Slovakiyaya 0:5 hesabıyla uduzmuşdu.

Bakı İdman Sarayında keçirilən bu oyunda isə qapılara 5 qol vurulub. Millimiz bu görüşdən çətin qələbə ilə ayrılıb.

Bu gün millimizin yer aldığı qrupda daha bir görüş baş tutub. Slovakiya yığması Moldova ilə oyunda 7:4 hesablı qələbəyə sevinib.

Futzal, DÇ-2020, əsas mərhələ

24 oktyabr

Azərbaycan – Monteneqro 3:2
Qol: Bolinya, 04:09. R.Çovdarov, 21:49. A.Şocaei, 33:33 – P.Peroşeviç, 07:15. A.Obradoviç, 09:22.
Hakimlər: İnqo Himsot (Almaniya), Andrey Çerni (Çexiya), Migel Kastilyo (Portuqaliya)
Hakim-inspektor: Qalan Nieto Pedro Anxel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kuzanova (Qazaxıstan)

Azərbaycan: 12. Rovşən Hüseynli, 3. Bolinya, 6. Eduardo, 10. Vassura, 13. Amir Şocaei.
Ehtiyat oyunçular: 1. Elnur Zamanov, 5. Vahid Şafiei, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Nihad İsmayılov, 11 Xətai Bağırov, 14. Hadı Ahmadi, 17. İsa Atayev, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alessio Da Silva.
Monteneqro: 1. Despotoviç, 5. Çoroviç, 10. Muqoşa, 11. Spayoşeviç, 16. Obradoviç.
Ehtiyat oyunçular: 12. Sekuliç, 20. Vuçetiç, 2. Popoviç, 3. Dubak, 4. Miniç, 7. İvan Muqoşa, 8. Nikola Vidakoviç, 9. Luka Vuletiç, 13. Petar Peroseviç.
Baş məşqçi: Sveto Lyesar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button