Azərbaycan millisinin 2 oyununa hakim təyinatları açıqlandı

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının 2 oyununa hakim təyinatları açıqlanıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, oktyabrın 23-də Moldova ilə oyunun baş hakimi çexiyalı Ondrey Çerni olacaq. Ona latviyalı İnqus Purins və alman İnqo Himsot kömək edəcək.

Oktyabrın 24-də keçiriləcək Azərbaycan – Monteneqro oyununun baş hakimi isə İnqo Himsot olacaq. Ona Ondrey Çerni və portuqaliyalı Miqel Kastilyo kömək edəcək.

Futzal, DÇ-2020

23 oktyabr

20:00 Azərbaycan – Moldova
Hakimlər: Ondrey Çerni (Çexiya), İngus Puriņs (Latviya), İnqo Himsot (Almaniya).

24 oktyabr

20:00 Azərbaycan – Monteneqro
Hakimlər: İnqo Himsot (Almaniya), Ondrey Çerni (Çexiya), Miqel Kastilyo (Portuqaliya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button