Təyyarə qəzasında ölən futbolçunun bacısı intihar etdi

2019-cu ildə təyyarə qəzasında həyatını itirən argentinalı futbolçu Emiliano Salanın bacısı Romina Sala intihar edib.

Komanda.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Romina zəhərli dərmanlar qəbul edərək, canına qəsd etməyə çalışsa da, ölməyib. Hazırda xəstəxanada olan Rominanın vəziyyəti ağırdır.

2019-cu ildə “Nant”dan “Kardiff Siti”yə transfer olunan Emiliano Sala, təyyarə qəzasında həyatını itirib. Mərhum futbolçunun vəfatından üç ay sonra da atası ölüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button