“Qəbələ” Ukrayna klubuna qalib gəldi
Növbəti mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışında ilk sınağına çıxıb.
“Qəbələ” toplanışın 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşıb. Azərbaycanı Avropa Liqasında təmsil edəcək ölkə kubokunun qalibi bu qarşılaşmadan qələbəylə ayrılıb.
Yoxlama oyunu
7 iyul
Qəbələ – Mariupol 2:1
Qol: Ülvi İsgəndərli, 2. Roman Hüseynov, 17 – Fomin, 34-pen.
Hendek Atatürk stadionu.
Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin