
Özil Fransa və Almaniyanın top-klublarına “yox” deyib
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsut Özil vaxtı ilə “Real”dan əvvəl hansı kluba keçə biləcəyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“2010-cu ildə məni PSJ və həmçinin “Bayern” istəyirdi. Arsen Venger də (“Arsenal”ın sabiq baş məşqçisi) mənimlə şəxsən görüşüb, amma mən ona artıq “Real”ı seçdiyimi dedim. Lakin sonradan yenə də görüşdük”.
Məsut Özil 2010-cu ilin avqustunda “Verder”dən “Real”a keçib. O, Madrid klubunun heyətində 159 oyun keçirib, 27 qol vurub və 81 məhsuldar ötürmə edib. Sabiq futbolçu “Şalke”, ”Arsenal”, “Fənərbaxça” və “Başakşəhər”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin