2000-ci illərin ən yaxşı hücumçuları – SİYAHI
2000-ci illərin ən yaxşı hücumçularının siyahısını açıqlanıb.
Komanda.az “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, sıralamaya Fransa millisinin sabiq futbolçusu Tyerri Anri başçılıq edir.
İkinci yerdə braziliyalı Ronaldo, üçüncü pillədə isə ingiltərəli Ueyn Runi qərarlaşır.
İlk 10-luqda digər yerləri müvafiq olaraq Zlatan İbrahimoviç (İsveç), Samuel Eto (Kamerun), Andrey Şevçenko (Ukrayna), Didye Droqba (Fil Dişi Sahili), David Trezeqe (Fransa), Raul Qonsales (İspaniya) və Rud van Nistelroy (Niderland) tuturlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin