Ronaldinyonun 1-ci, Messinin 10-cu olduğu SİYAHI

“FourFourTwo” nəşri 2000-ci illərin 50 ən yaxşı futbolçusunun siyahısını dərc edib.

Komanda.az xəbər verir ki, “Barselona”nın keçmiş yarımmüdafiəçisi Ronaldinyo 2000-ci illərin ən yaxşı futbolçuları siyahısına başçılıq edir.

İkinci yeri Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan tutub.

İlk üçlüyü braziliyalı Kaka tamamlayıb.

2000-ci illərin ən yaxşı 10 futbolçusu:

1. Ronaldinyo (Braziliya)

2. Zinəddin Zidan (Fransa)

3. Kaka (Braziliya)

4. Tyerri Anri (Fransa)

5. Kriştiano Ronaldo (Portuqaliya)

6. Xavi (İspaniya)

7. Ronaldo (Braziliya)

8. Andres İnyesta (İspaniya)

9. Zlatan İbrahimoviç (İsveç)

10. Lionel Messi (Argentina)

Ronaldinyo 2018-ci ilin yanvarında təqaüdə çıxıb. O, “qızıl top”un qalibi olmaqla yanaşı, 2004 və 2005-ci illərdə FİFA-ya görə dünyanın ən yaxşı futbolçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button