200 min avroluq maaş artımından imtina etdi – 1 milyon istəyir!
Həftədə 80 min avroya qədər qazanan “Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt ayda 1 milyon avro almaq istədiyi üçün 200 min avroluq maaş artımından imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
“Çelsi” öz yetirməsi ilə bir neçə aydır ki, 2024-cü ilin iyununda başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır və tərəflər razılığa gələ bilmir.
Britaniyalı jurnalistlərin fikrincə, futbolçunun agentləri “Arsenal”ın Mauntla maraqlanmasından “Çelsi” rəhbərliyinə təzyiq göstərmək üçün istifadə edə bilər.
24 yaşlı yarımmüdafiəçi bu mövsüm 35 oyuna çıxıb və bütün yarışlarda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin