
200-ə çatan 10-cu qapıçı
Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, təcrübəli qapıçının yubileyi Premyer Liqanın 8-ci turunun “Sabah” – “Sumqayt” matçına (3:0) təsadüf edib. “Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb.
Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.
- Fərhad Vəliyev – 282
- Rauf Mehdiyev – 271
- Cahangir Həsənzadə – 268
- Anar Nəzirov – 260
- Nizami Sadıqov – 247
- Kamran Ağayev – 235
- Hüseyn Məhəmmədov – 227
- Nadir Şükürov – 219
- Elxan Həsənov – 203
- Səlahət Ağayev – 200
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin