PSJ-nin Donnarumma üçün təklifi

Fransanın PSJ klubu uzun müddətdir heyətinə qatmaq istədiyi “Milan”ın futbolçusu üçün hərəkətə keçir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi “qırmızı-qaralar”ın qapıçısı Canluici Donnarumma üçün təklif hazırlayıb. UEFA-nın maliyyə feir-pley qaydalarına uyğun olaraq, iyunun 30-dək futbolçu satması lazım olan “Milan”ın bu transferə müsbət yanaşdığı və qolkiper üçün 50 milyon avro tələb etdiyi bildirilir.

Paris təmsilçisinin isə Donnarumma üçün 20 milyon avro+Alfons Areolanı təklif edəcəyi deyilir.

“Milan”la 2021-ci ilədək müqaviləsi olan 20 yaşlı qapıçı, geridə qalan mövsümdə 39 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button