Ötən ilin 20 yaşadək futbolçulardan ibarət rəmzi komandası məlum olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 20 yaşadək futbolçulardan ibarət 2023-cü ilin rəmzi komandasını açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma avropalı oyunçular arasında aparılıb.
3-4-3 sxeminə uyğun qurulan “11-lik”də ən çox futbolçu ilə İspaniya təmsil olunub. “Buğalar”ın 3 oyunçusu rəmzi heyətə salınıb.
Qapıçı: Sebastyano Deplanş (İtaliya);
Müdafiəçilər: Levi Koluill (İngiltərə), Antonio Silva (Portuqaliya), Alexandro Balde (İspaniya);
Yarımmüdafiəçilər: Qavi (İspaniya), Çud Bellinqem (İngiltərə), Varren Zayr-Emri (Fransa), Camal Musiala (Almaniya);
Hücumçular: Lamine Yamal (İspaniya), Rasmus Hoylund (Danimarka), Xavi Simons (Niderland).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin