ÇL: “2:0 hesabı ilə öndə olanda üçüncü qolu vurmalıydıq” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Sevilya” ilə oyununda (2:1) komandasının çıxışından razı qalıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis komandanın çıxışından razı qaldığını bildirib:

“Burada qalib gəldiyimə görə çox şadam, çünki son 10 ildə Avropada az adam buna nail olub. Amma biz bunu bacardıq. Xüsusilə, ilk 60-65 dəqiqədə komandanın oyunu çox xoşuma gəldi, çünki biz tam istədiyimiz kimi oynadıq. 2:0 hesabı ilə öndə olanda üçüncü qolu vurmalıydıq. Çoxlu şanslarımız oldu. Rəqibin çoxlu təcrübəsi və öz qabiliyyətlərinə inamı var, ona görə də biz geri çəkilməli olduq. Məsələ qazanılan təcrübə və ondan çıxarılan nəticələrdir. Uduzan zaman qazandığınızdan daha çox şey öyrənirsiz. Bu gün komanda “Lans”a qarşı oynayandan tamamilə fərqli idi”.

“Topçular” 3 turdan sonra 6 xalla B qrupunda liderlik edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button