“2:0 bizim üçün normal nəticədir” – “Səbail”in məşqçisi
“Səbail”in məşqçisi Emin Ağayev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə bir neçə imkanımız oldu. Nəticədə iki qol vurduq. İkinci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra vəziyyət dəyişdi. Qonaqlar daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir”.
Ağayev hazırda avrokuboklara vəsiqəni deyil, aşağı sıralardan qurtulmağı düşündüklərini söyləyib: “Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar”.
Sonda məşqçi Hendrik Ekşteynin komandaya qayıtmasından sonra oyun planında inkişafa nail olduqlarını vurğulayıb.
Bizi Facebook-da izləyin