2 yaşlı əkiz uşaqla sərxoş halda avtomobil sürdü – 24 aylıq cəza aldı
ABŞ-ın qadınlardan ibarət futbol millisinin keçmiş qapıçısı Houp Solo, içərisində iki yaşlı əkiz uşaq olan avtomobilin sükanı arxasında yatarkən yaxalandıqdan təxminən dörd ay sonra sərxoş vəziyyətdə avtomobil idarə etdiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis ondan spirtli içki iyi gəldiyini bildirib. Solo isə ayıqlıq testindən keçməkdən imtina edib.
Bundan sonra məhkəməyə çıxarılan 40 yaşlı Soloya hakim 24 ay şərti cəza verib. Hakim həmçinin, ona 2500 dollar cərimə və laboratoriya testləri üçün 600 dollar ödəmək cəzası verib. Solo narkotik maddə istifadəsi üçün də yoxlanılmalı və tövsiyə olunan müalicə kurslarını tamamlamalıdır.
“Bu, bəlkə də, həyatımın ən pis səhvidir. Alkoqolun həyatımın dağıdıcı hissəsinə çevrildiyini düzgün qiymətləndirmirdim. Belə böyük səhvin müsbət tərəfi odur ki, çətin dərslər tez öyrənilir” – deyə, Solo bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin