2 qran-pri təxirə salına bilər
Koronavirus pandemiyası səbəbiylə Formula 1 üzrə iki qran-pri təxirə salına bilər.
Komanda.az xəbər verir ki, İspaniya və Niderland qran-prilərinin təxirə salınması müzakirə olunur. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Məsələylə bağlı yaxın zamanda yekun qərarın veriləcəyi gözlənilir.
İndiyədək üç ölkədə – Bəhreyn, Vyetnam və Çində təşkil olunması nəzərdə tutulan yarışlar qeyri-müəyyən müddətə təxirə salınmışdı. Azərbaycan qran-prisi isə iyun ayının 5-7-də keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin