
2 qol vurdu, Çempionlar Liqasının tarixinə düşdü
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Tottenhem” – “Olimpiakos” oyunu londonluların futbolçusu Harri Keyn üçün əlamətdar olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 4:2 hesabıyla başa çatan oyunda Keyn iki qolla yadda qalıb. Bununla da, o, bu turnirdə vurduğu qolların sayını 20-yə çatdırıb. 26 yaşlı futbolçu, Çempionlar Liqası tarixində bu göstəriciyə ən tez nail olan futbolçu olub. Keyn 20 qolu 24 oyunda vurmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin