
İki qol vurdu, əvəzləndi, baş məşqçinin əlini sıxmadı
“Atalanta” İtaliya A Seriyasının 26-cı turunda səfərdə “Empoli”yə qarşı inamlı qələbə (5:0) qazanıb.
Bu oyunda Ademola Lukman UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Brügge” ilə matçda (1:3) uğursuz yerinə yetirilən penaltiyə görə baş məşqçi Can Pyero Qasperininin tənqidindən sonra ilk qollarını vuraraq, dubl edib.
“Empoli” ilə oyunda Qasperini 76-cı dəqiqədə Lukmanı əvəzləyərək, Xuan Kuadradonu meydana çıxarıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu meydanı tərk edərkən baş məşqçinin əlini sıxmayıb.
Miks zonada İtaliya mediasının baş məşqçi ilə münaqişə ilə bağlı sualını cavablandıran Lukman yalnız bunu deyib:
“Bitdikmi?”
27 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda “Atalanta”nın heyətində 29 oyun keçirib, 17 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin