2 milyon avroluq görüşün vaxtı və məkanı açıqlandı
Şahmat tacı uğrunda görüşlərin keçiriləcəyi yer müəyyənləşib.
Komanda.az xəbər verir ki, rusiyalı Yan Nepomnyaşi ilə çinli Din Liren arasında baş tutacaq qarşılaşmalar aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq. Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb
Yeni dünya çempionunu müəyyənləşdirəcək görüşün mükafat fondu 2 milyon avrodur. Qalib bu məbləğin 60 faizini, uduzan isə 40 faizini alacaq.
Şahmat tacı uğrunda görüş əslində Maqnus Karlsenlə İddiaçılar Turnirinin son qalibi olan Yan Nepomnyaşi arasında keçirilməli idi. Amma norveçli dünya çempionu bu görüşlərdən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin