“Mançester Siti”nin futbolçusu 2 klubun “radar”ındadır

“Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makati yay transfer dövründə klubunu dəyişə bilər.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, “Nottingem Forest” 22 yaşlı futbolçunun transferi üçün “şəhərlilər”ə 28,8 milyon avro və əlavə bonuslar təklif etməyə hazırlaşır.

Ancaq “Mançester Siti” Makatini 46 milyon avroya satmağı planlaşdırır. Bu, klubun “Çelsi”yə satdığı Koul Palmerin qiymətinə bərabərdir.

Amerikalı futbolçu son mövsümdə bütün turnirlərdə 27 oyunda iştirak edib və 7 qol vurub. Ona maraq göstərən digər klub isə Dortmund “Borussiya”sıdır. Hazırda məhz Almaniya klubu transfer yarışında öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button