
2-ci Liqaya vəsiqə uğrunda pley-off matçının tarixi məlum olub
2025/2026 mövsümü üçün Azərbaycan 2-ci Liqasına vəsiqə qazanmaq uğrunda pley-off matçının vaxtı müəyyənləşib.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə cari mövsümdə 2-ci Liqada 13-cü yeri tutmuş “Lerik”lə Region Liqasının ikincisi “Şirvan” üz-üzə gələck.
Qarşılaşma mayın 29-da, saat 16:00-da “ASCO Arena”da start götürəcək.
Bununla əlaqədar mayın 27-də, saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


