
2-ci Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Azərbaycan 2-ci Liqasında ötən ayın ən yaxşı qolunun müəllifi olan “Şəmkir”in futbolçusu Tural Məmmədzadə mükafatlandırılıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, oyunçu “Xankəndi” ilə matçdan əvvəl təltif olunub.
Ona mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



