
2-ci Liqada çıxış edəcək növbəti komandanın adına aydınlıq gəldi
2-ci Liqaya vəsiqə uğrunda pley-off matçının qalibi bəlli olub.
Komanda.az xəbər verir ki, “ASCO Arena”da baş tutan oyunda “Lerik” “Şirvan”la qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabı ilə bitən görüşdə qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Burada daha bir qol vuran “Şirvan” kollektivi qarşılaşmanı 3:2 hesabı ilə öz xeyrinə bitirib.
Bu nəticənin ardından “Şirvan” 2025/2026 mövsümündən etibarən Azərbaycan İkinci Liqasında çıxış etmək hüququ qazanıb. Məğlub olan “Lerik” isə yeni mövsümdən AFFA Region Liqasında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



