
“Yuventus”da Poqba şoku
“Yuventus”un yeni transferi Pol Poqba mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi məşqdə zədələnib.
Menisk nahiyyəsindən xəsarət alan fransalı futbolçu iki ay oynaya bilməyəcək.
Poqba “Mançester Yunayted”dən Turin klubuna azad agent kimi keçib. Onunla 4 illik müqavilə imzalanıb. Poqba 2012-2016-cı illərdə də “qoca sinyora”nın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin