Formula 1 Afrikada keçirilə bilər
2023-cü ildə Formula 1 üzrə dünya çempionatının mərhələlərindən biri Cənubi Afrikada Respublikasında (CAR) keçirilə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, yarış rəhbərliyi Cənubi Afrika qran-prisini təqvimə əlavə etməyi düşünür.
Formula 1-in prezidenti Stefano Domenikalinin bu məqsədlə növbəti həftə CAR-a səfəri nəzərdə tutulub.
Afrika qitəsində sonuncu dəfə Formula 1 yarışı 1993-cü ildə keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin