“Real”ın hədəfinə çevrildi – 19 yaşlı futbolçu
İspaniyanın “Real” klubu norveçli futbolçunu transfer etmək niyyətindədir.
Komanda.az “AS” nəşrinə istinadən xəbər verir ki, “Zalsburq”un hücumçusu Erlinq Haland “kral klubu”nun hədəfindədir. Madrid təmsilçisinin futbolçu üçün hərəkətə keçməyə hazırlaşdığı bildirilir.
19 yaşlı futbolçu ilə “Mançester Yunayted” də maraqlanır.
Bu ilin yanvarından “Zalsburq”un şərəfini qoruyan futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 11 oyunda 18 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin