Azərbaycan yığması Polşaya da uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 17:00-da İtaliyada keçirilən oyunda Polşa yığması ilə qarşılaşıb.
Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi iki oyunda uduzmuşdu. Yığma İtaliyaya 0:9, Norveçə isə 0:7 hesabıyla məğlub olmuşdu. Sonuncu oyun da Azərbaycan yığmasının məğlubiyyəti ilə bitib və komandamız qrupda sonuncu olub.
Avropa çempionatı, seçmə mərhələ
26 oktyabr
Azərbaycan U-19 – Polşa U-19 0:2
Qol: Kinqa, Bişçad, 50. Katya Skupien, 90+1.
Baş hakim: Luiza Tompson
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin