Azərbaycan futbolu: Vurma, burax!
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, seçmə mərhələnin A qrupunda yer alan milli 3 oyuna çıxıb və hamısında uduzub. Norveçə 0:7, İtaliyaya 0:9, Polşaya isə 0:2 hesabıyla uduzan Azərbaycan millisi 0 xalla mərhələni qrup sonuncusu kimi başa vurub. Milli keçirdiyi üç oyunda ümumilikdə 18 qol buraxıb.
Qadın futbolçulardan ibarət Azərbaycanın əsas milli komandası isə dünya çempionatının seçmə mərhələsinin E qrupunda mübarizə aparır. Hələ ki, 4 oyun keçirən yığma bütün matçlarda uduzub. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son olaraq dünən Maltaya məğlub olub – 1:2.
Azərbaycan millisi E qrupunda Danimarka, Rusiya, Monteneqro, Bosniya və Herseqovina və Maltayla mübarizə aparır. Yığma 0 xalla sonuncudur. Komanda 4 oyunda 14 qol buraxıb, 1-ni isə vurub. Yeganə qol Malta ilə dünən keçirilən oyunda vurulub.
Göründüyü kimi, Azərbaycanın kişilərdən ibarət milli komandaları hansı vəziyyətdədirsa, zərif cinsin formasını geyindiyi yığmalarımız da o gündədir. Sadəcə, kişilərdən fərqli olaraq, qadınlardan ibarət milli komandaların rüsvayçı nəticələri o qədər də müzakirələrə səbəb olmur. Sanki bu xanım futbolçuların buraxdıqları 14, 18 top şərəfini qoruduqları Azərbaycan millisinin qapısına yox, Ermənistan yığmasının qapısına vurulub. Qapını geniş açın!
Bizi Facebook-da izləyin