Azərbaycan millisi qrup üçüncüsü oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda sonuncu oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda meydan sahibi komanda ilə qarşılaşıb. Qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakim Luka Bilbiya idarə edib. Azərbaycanlı futbolçular son matçda inamlı qələbəyə seviniblər.
Azərbaycan yığması bundan əvvəl Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabıyla uduzmuşdu.
Avropa çempionatı
16 noyabr
Lüksemburq U-19 – Azərbaycan U-19 0:2
Qol: Mirmövsüm Canıyev, 23. Mehrac Baxşəliyev, 77.
Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin