Azərbaycan millisi İspaniyadan 6 qol buraxdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçirilən oyunda İspaniya yığması ilə qarşılaşıb. İngiltərəli referi Davit Kutun idarə etdiyi oyunda Azərbaycan futbolçuları 6 cavabsız qola üzülüblər.

Azərbaycan millisi qrupdakı ilk matçında Belçikaya 1:5 hesabıyla uduzmuşdu.

Avropa çempionatı, seçmə mərhələ, 2-ci tur

13 noyabr

İspaniya – Azərbaycan 6:0
Qol
: Pablo Torre, 23; 69. Niko Serrano, 35, Arnau Martines, 71. Mikel Rodrises, 75. Alberto Moleyro, 90+3.
Baş hakim: Davit Kut (İngiltərə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button